İspaniyanın “Barselona” klubunun baş məşqçisi Xavinin klubdan gedəcəyi ilə bağlı məsələlərə mövsümün sonunda aydınlıq gələcək. Bu barədə klubun prezidenti Xuan Laporta məlumat verib. O, mövsüm sonuna qədər Xaviyə tam dəstək olmağa qərar verib. Futbol funksioneri komandanın yanvar ayından formada olacağını düşünür. Əgər gedişat dəyişməzsə, məşqçi ilə bağı qərar mövsüm sonunda veriləcək.
Xuan Laporta Xavinin istefası ilə bağlı məsələlərə aydınlıq gətirdi