İspaniyanın “Barselona” klubunun prezidenti Xuan Laporta komandanın qış transfer pəncərəsindəki mümkün transfer hədəfləri barədə danışıb. O, gələn ay əsas hədəflərinin Qavinin yerini doldurmaq olduğunu deyib.
"Əgər yanvar ayında maliyyə feir-pley qaydalarını pozmadan yeni oyunçu almaq şansımız olarsa, Qavini əvəz etmək üçün mövsüm sonuna kimi bir oyunçunu icarəyə götürmək istəyirik. Bu, bir zamanlar Edqar Davidsin keçidinə bənzər bir şey olacaq. Mövsüm sonuna kimi maliyyə problemlərini həll etmək üçün bəzi planlarımız var. Düşünürəm ki, bunu bacaracağıq”, - deyə Xuan Laporta bildirib.