Məşhur amerikalı model Emili Ratakovski bundan sonra Nyu-Yorkdakı “Madison Square Garden” arenasının ön sıralarına NHL və NBA matçları üçün eksklüziv biletə sahib olmayacaq. Buna səbəb onun rusiyalı model İrina Şeyklə birlikdə NBA-nın adi mövsümündə “New York Knicks” və “Miami Heat” (100:98) arasında keçirilən matçda sona qədər oturmaması olub. VİP oturacaqlarda yer alan Emili “Niks”in qələbə qazandığı matçı vaxtından əvvəl tərk edib. Onun Bu hərəkəti sosial şəbəkələrdə qalmaqala çevrilib.
Qeyd olunur ki, arena rəhbərliyi daha Ratakovskiyə NHL-də “Reyncers” və “Oilers” arasında keçiriləcək matç üçün eksklüziv yerlər təklif etməyəcək. Lakin o, özü bilet almaq hüququndan istifadə edə bilər.