"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola 2025-ci ildə ABŞ-da keçiriləcək və bir ay davam edəcək klublararası dünya çempionatının yeni formatı ilə bağlı fikirlərini bölüşüb. “FIFA bütün klubların dəstəklədiyi bir qərar verib. Ailələrimizlə birlikdə ABŞ-a yollanacağıq. Klublararası Dünya Çempionatındqa iştirak edəcəyik. Biz buna uyğunlaşmalıyıq. Mən yeni yarışların əleyhinə deyiləm. İstirahətsiz mübarizə olmaz. Hər zaman bu cür haldan şikayət edirəm. Üç, beş və ya yeddi gündən bir oynamaq yaxşıdır. Amma mövsümü bitirdikdə hər şeyi yenidən başlamaq üçün vaxt lazımdır”, – deyə jurnalist Ben Ceykobs X sosial şəbəkəsində (keçmiş Twitter) Qvardioladan sitat gətirib.
Qeyd edək ki, yenilənmiş formatda ilk turnir 2025-ci il iyunun 15-dən iyulun 13-dək ABŞ-da keçiriləcək.