Braziliyanın "Atletiko Mineyro" klubunun hücumçusu Halk sosial şəbəkələrdə həyat yoldaşı Kamila Anjelo ilə ikinci övladlarını gözlədiklərini açıqlayıb. O, beşinci dəfə ata olacaq. Anjelo 37 yaşlı futbolçunun 12 il birlikdə olduğu keçmiş həyat yoldaşı İrenin qardaşı qızıdır. “Həyat yoldaşımın hamiləliyi ilə bağlı aldığım saysız-hesabsız mesajlara görə sizə təşəkkür etmək istəyirəm. Daha bir oğul, Tanrının mənə bəxş etdiyi daha bir nemət”, – deyə Halk yazıb. Bildirilir ki, Halk və Anjelo 2019-cu ildə görüşməyə başlayıblar.