Qadın voleybolçular arasında Azərbaycan çempionatında 2023-cü ilin son oyunları keçirilib. VII turun açılış matçında “Azərreyl” komandası “Gəncə” ilə qarşılaşıb. Cengiz Akarçeşmenin komandası oyunu qələbə ilə başa vurub -3:0.
Bu oyundan sonra günün ikinci, ilin isə son matçı təşkil olunub. “Milli Aviasiya Akademiyası” və “Murov Az Terminal” komandaları arasında keçirilən oyunda qalibin adına üç setdə aydınlıq gəlib. “Murov Az Terminal” meydandan 3:0 hesablı qələbə ilə ayrılıb.
Qeyd edək ki, 7 turdan sonra “Azərreyl” komandası 18 xalla turnir cədvəlinə başçılıq edir. Eyni xala malik “Abşeron” ikinci yerdədir. “Murov Az Terminal” 15 xalla 3-cü, “Gəncə” 9 xalla 4-cü, “Milli Aviasiya Akademiyası” 3 xalla 5-ci, xalı olmayan UNEC isə sonuncu pillədə qərarlaşıb.