Avstriyadakı əməliyyat uğurla başa çatıb

Avstriyadakı əməliyyat uğurla başa çatıb

Madrid “Real”ının müdafiəçisi David Alabanın sol dizindəki ön çarpaz bağın qopması səbəbindən keçirdiyi əməliyyat uğurla başa çatıb. Əməliyyat Avstriya klinikalarından birində, lakin “Real Madrid”in tibbi xidmətinin nəzarəti altında aparılıb. Madridin rəsmi saytının məlumatına görə,yaxın vaxtlarda 31 yaşlı futbolçu bərpa prosesinə başlayacaq. Alaba bu mövsümü tamaşaçı qismində keçirəcək.