Kamerun Futbol Federasiyasının prezidenti Samuel EtoO-nu nikahdankənar dünyaya gəlmiş 21 yaşlı qızı Enni məhkəməyə verib. Bu barədə "La Gazzetta dello Sport" məlumat verib.
Mənbə bildirir ki, atası onunla maraqlanmır, istəklərini yerinə yetirmir. Məhz buna görə də o atasının öhdəliklərini pozduğuna görə məhkəməyə müraciət etmək qərarına gəlib. Şikayət Milan prokurorluğuna təqdim edilib.
Sənəddə qeyd olunur ki, 2015-ci ildə EtoO qızı Enniyə dəstək olmaq üçün 10 min avro ödəməli olduğu hökmü yerinə yetirmir.
Qızı atasını məhkəməyə verib