"Nottingem Forest"in yeni baş məşqçisi müəyyənləşib.Klubun saytında yer alan xəbərə görə, komanda Nuno Eşpirito Santoya tapşırılıb. 49 yaşlı mütəxəssislə 2 il yarımlıq müqavilə imzalanıb. O, dekabrın 23-də "Bornmut"la oyunda komandanın baş məşqçisi kimi debüt edəcək. Portuqaliyalı məşqçi bu vəzifədə ötən gün istefaya göndərilən Stiv Kuperi əvəzləyib. Xatırladaq ki, Eşpritunun son iş yeri noyabr ayında tərk etdiyi Səudiyyə Ərəbistanı “Əl-İttihad”ı olub. O, əvvəllər “Tottenhem”, “Vulverhempton”, “Portu”, “Valensiya” və “Rio Ave” komandalarına baş məşqçilik edib.
Portuqaliyalı məşqçi "Nottingem meşəsi”ndə