“David Beckham's Studio 99” və “Fulwell 73” kino şirkəti futbol haqqında yeni sənədli filmlər seriyası üzərində işə başlayıb. “Deadline” saytının yaydığı məlumata görə ilk film Madrid “Real”ına həsr olunacaq. “Qalaktikos” filmi Zinəddin Zidan, Bekhemin özü, Ronaldo, Luiş Fiqu və digər super ulduzların komandada çıxış etdiyi dövrünə həsr olunacaq. Bunun üçün ESPN kabel kanalının da razılığı əldə olunmalıdır. Qarşı tərəflə danışıqlar artıq son mərhələdədir. Ekran əsəri son illərin digər idman filmləri - Maykl Cordan haqqında "Son rəqs", "Yuventus" haqqında "Hər şey və ya heç nə" və məşhur britaniyalı yarımmüdafiəçinin karyerası haqqında çəkilən "Bekhem" filminə bənzəyəcək. “Qalaktikos”un hələ dəqiq buraxılış tarixi yoxdur.
“Qalaktikos” filmi çəkiləcək