Kişi voleybolçular arasında Azərbaycan çempionatında ilin son matçının tarixi bəlli olub. "Azərreyl” və “Neftçi” komandaları arasında keçiriləcək oyun dekabrın 21-də olacaq.
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunacaq qarşılaşma saat 15:00-da başlayacaq.