Avropa Məhkəməsi FİFA və UEFA-nın Super Liqanın yaradılmasına qoyduğu qadağanı qanunsuz hesab edib. Qərarda deyilir: “Təşkilatların Avropada klub yarışlarında monopoliyası yoxdur: Superliqa indi Avropa qanunlarına uyğun olaraq rəsmi olaraq yaradıla bilər”.
Xatırladaq ki, 2021-ci ilin mayında Superliqa UEFA və FİFA-nı rəqabət qanunlarını pozmaqda ittiham etmişdi. Həmin ilin aprelində Avropanın 12 klubu Superliqanın yaradıldığını bildirmişdi. Bu çağırışa İngiltərənin “Arsenal”, “Liverpul”, “Mançester Siti”, “Mançester Yunayted”, “Tottenhem”, “Çelsi”, İspaniyanın “Atletiko”, “Barselona”, “Real”, həmçinin İtaliyanın “İnter”, “Milan” və “Yuventus” klubları qoşulmuşdu.
Sonradan tənqidlərə görə doqquz klub “Barselona” və “Real”ın maraqlı olduğu layihədə iştirakdan imtina etmişdi.