Superliqa layihəsinin baş direktoru Bernd Reyxart Avropa məhkəməsinin müsbət qərarından danışıb. “Yarışlarda iştirak etmək hüququ qazandıq. UEFA-nın monopoliyasına son qoyuldu. Futbol pulsuzdur! Bütün matçları pulsuz yayımlayacağıq. Turnirin bütün iştirakçılarının gəlirlərinə zəmanət veriləcək”, - deyə baş direktor “Mundo Deportivo”ya bildirib.