Aleksandr Usik futbola dəvət olunub

Aleksandr Usik futbola dəvət olunub

Ukraynalı boksçu Aleksandr Usik futbol üzrə Ukrayna çempionatında debüt edə bilər. Bu barədə "Polesie" klubunu prezidenti Gennadi Butkeviç məlumat yayıb. “Hələlik onun Tayson Fyuri ilə döyüşə hazırlığına mane olmaq istəmirik. Usik indi mühüm döyüşə hazırlaşır. Bizə dedilər ki,  Saşa futbolla maraqlanır və oynamaq arzusundadır. Onu Qış Kubokunda heyətimizdə görmək şad olarıq”, - deyə tribuna.com Butkeviçdən sitat gətirib.

Qeyd edək ki, hazirda "Polesie" 32 xalla Ukrayna çempionatının turnir cədvəlində üçüncü yerdədir. Komanda lider “Krivbass” və “Dnepr-1”dən iki xal geri qalır.