Madrid "Real "ının prezidenti Florentino Peres Superliqa futbol layihəsi ilə bağlı Avropa Məhkəməsinin qərarını şərh edib. "Birincisi, Avropa klub futbolu monopoliya deyil və bundan sonra da olmayacaq. İkincisi, bu gündən klubların taleyi öz əlində olacaq. Bu gündən Avropa futbolunun bu günü və gələcəyi nəhayət ki, klubların əlinə keçir”, - klubun mətbuat xidməti Peresdən sitat gətirir.
Qeyd edək ki, Bu gün Avropa məhkəməsi Beynəlxalq Futbol Federasiyası (FİFA) və Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) Superliqanın yaradılmasını qadağan edən hərəkətlərini qanunsuz elan edib.