Böyük Britaniya hökuməti klubların Superliqaya qoşulmasının qarşısını almaq üçün qanunvericiliyə dəyişiklik edəcək. Böyük Britaniyanın Mədəniyyət, Media və İdman Departamenti (DCMS) bu barədə bəyənat hazırlayır. “Avropa Məhkəməsinin Avropa Superliqası ilə bağlı qərarını qeyd edirik. Bu cəhd azarkeşlər, klublar və hökumət tərəfindən geniş şəkildə pislənilib. Biz klubların gələcəkdə belə yarışlarda iştirakına icazə verməyəcək qanun layihəsini təqdim edəcəyik" - deyə “Match TV” DCMS bəyanatının mətnindən sitat gətirir.
Böyük Britaniya rəsmiləri Superliqaya qarşı çıxıblar