Futbol üzrə Avropa Superliqasının formatı yarışa sponsorluq edən “A22 Sports” şirkətinin saytında dərc olunub. İlk turnirdə iştirakçılar idman nəticələrinə uyğun seçiləcəklər. Hər mövsümün sonunda komandalar divizionlar arasında mübarizəyə qoşulacaqlar. Üçüncü yüksək diviziondan aşağı liqaya düşmüş klublar ölkə çempionatlarının nəticələrinə əsasən növbəti yarışda dəyişdiriləcək. Üç diviziona bölünəcək Super Liqada hər il 64 klub iştirak edəcək. Super Liqa “Ulduz” (ən yüksək) və “Qızıl” (ikinci güclü) hər biri 16 komandadan, “Mavi” (üçüncü güclü) 32 komandadan ibarət olacaq. Hər divizionda iştirakçılar səkkiz komandadan ibarət qruplara bölünəcək. İldə ən azı 14 matçda mübarizə aparacaqlar. Oyunların həftə ortasında keçirilməsi planlaşdırılır. Bərabər imkanların təmin edilməsi üçün maliyyə dayanıqlığı və şəffaflıq qaydaları tətbiq ediləcək. Hər bir divizionun qalibləri pley-off mərhələsinin nəticələrinə əsasən müəyyən ediləcək. Qadınlar arasında Superliqa isə iki diviziondan ibarət olacaq.
Superliqanın formatı məlum olub