9 boksçumuz çempionluğun bir addımlığında

9 boksçumuz çempionluğun bir addımlığında

Gənc boksçular arasında Abbas Ağalarovun xatirəsinə həsr olunan ənənəvi beynəlxalq turnirdə yarımfinal mərhələsinin döyüşləri keçirilib.

Azərbaycan Boks Federasiyasındanverilən məlumata görə, Bakı Boks Mərkəzində təşkil olunan baş tutan ənənəvi yarışda finalçılar müəyyənləşib.

26 döyüşdə Azərbaycan millisinin 22 boksçusu rinqə çıxıb. Onlardan doqquzu adını finala yazdırıb. Yığmanın 13 üzvü isə turniri bürünc medalla başa vurub.

Qazaxıstan millisinin də finalda 9 boksçusu mübarizə aparacaq. Həlledici döyüşlərdə Özbəkistanla Tacikistan hərəyə 3, Rusiya 2 idmançı ilə təmsil olunacaq. Səudiyyə Ərəbistanı yığmasının idmançıları ¼ final, “Royal” (Litva) klubunun boksçuları isə 1/2 final səddini keçə bilməyiblər.

Finallar bu gün saat 13:00-da başlayacaq.

Qeyd edək ki, yarışa 7 komandanın 97 boksçusu qatılıb.

Yarımfinallar

48 kiloqram

Abay Toleybekov (Qazaxıstan) – Muinxuja Muminov (Tacikistan) – 0:5

Ayaz Tağızadə (Azərbaycan) – Bilalhəbəşi Nəzərov (Azərbaycan) – 0:5

51 kiloqram

Zidan Hümbətov (Azərbaycan) – Sabir Dadaşov (Azərbaycan) – 5:0

Muxşin Rahmanov (Tacikistan) – Bexultan Boranbek (Qazaxıstan) – ikinci tam üstünlüklə qalib gəlib

54 kiloqram

Ömər Aslanlı (Azərbaycan) – Anuşervon Fozilov (Tacikistan) – 1:4

Aydak Kadirxan (Qazaxıstan) – Yerasil Amanqaliyev (Qazaxıstan) – 0:5

57 kiloqram

Tağı Nəsibov (Azərbaycan) – Janseri Koşerbayev (Qazaxıstan) – birinci tam üstünlüklə qalib gəlib

Məhəmmədəli Aşurəliyev (Azərbaycan) – Maqomedrasul İbrahimov (Rusiya) – 5:0

60 kiloqram

Məhəmmədəli Qasımzadə (Azərbaycan) – Bek Joldaşbek (Qazaxıstan) – 4:1

Tofiq Zairov (Azərbaycan) – Canarslan Temirbiyev (Rusiya) – 0:5

63,5 kiloqram

Səid Yunusov (Özbəkistan) – Mehrab Abbasov (Azərbaycan) – birinci tam üstünlüklə qalib gəlib

Ruslan Qafurov (Tacikistan) – Renat Krepştul (“Röyal” klubu, Litva) – 5:0

67 kiloqram

Hüseyn Hacıyev (Azərbaycan) – Abbasqulu Şadlinski (Azərbaycan) – 1:4

Dias Serikuli (Qazaxıstan) – Torexan Sabirxan (Qazaxıstan) – 0:5

71 kiloqram

Oner Seilxan (Qazaxıstan) – Şamsiddin Tursunov (Özbəkistan) – 5:0

Almuhamed Ahmetov (Qazaxıstan) – Ayxan Əliyev (Azərbaycan) – 4:1

75 kiloqram

Fuad Babayev (Azərbaycan) – Mircəlal Mirağayev (Azərbaycan) – 0:5

Sanjar-Ali Beqaliv (Qazaxıstan) – Damir Sineyev (Qazaxıstan) – 5:0

80 kiloqram

Şamil Saqidoldayev (Qazaxıstan) – Cavohir Mexriddinov (Özbəkistan) – 0:5

Şamil Nəcəfov (Azərbaycan) – Madiyar Behultanov (Qazaxıstan) – ikinci tam üstünlüklə qalib gəlib

86 kiloqram

Şahin Dadaşov (Azərbaycan) – Rahmotjon Kodirov (Özbəkistan) – 0:5

Rza Novruzov (Azərbaycan) – Ruslan Qəhrəmanov (Azərbaycan) – 0:5

92 kiloqram

Daulet Daniyar (Qazaxıstan) – Kənan Nəcəfov (Azərbaycan) – birinci tam üstünlüklə qalib gəlib

Danielius Baltruşaitis (“Royal”, Litva) – Yerali Şopanov (Qazaxıstan) – 2:3

+92 kiloqram

Orxan Ağayev (Azərbaycan) – Həsən Sadıqzadə (Azərbaycan) – 5:0

Umidjon Şaripov (Özbəkistan) – Maqomedxan Malaçiyev (Rusiya) – ikinci tam üstünlüklə qalib gəlib