«Super Liqanın yaradılmasına mane olan qərarın Avropa Məhkəməsinin tərəfindən dəyişməsi futbol turnirlərinin təşkili baxımından heç nəyi dəyişməyəcək». Bu sözləri Beynəlxalq Futbol Federasiyasının (FİFA) prezidenti Canni İnfantino bildirib.
"Avropa Məhkəməsinin qərarına ehtiramla yanaşırıq. Amma qərar əslində heç nəyi dəyişmir. Biz buna qədər dünyanın ən yaxşı yarışlarını təşkil etmişik. Bundan sonra da belə olacaq", - deyə İnfantino vurğulayıb.