70 yaşlı mütəxəssis yığmaya dəvət olundu

70 yaşlı mütəxəssis yığmaya dəvət olundu

Akademik avarçəkmə üzrə Azərbaycan millisinə yeni baş məşqçi təyin olunub.

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasındanverilən məlumata görə, bu posta ukraynalı Vladimir Morozov gətirilib. Bundan əvvəl öz ölkəsinin yığmasını çalışdıran 70 yaşlı mütəxəssis bir çox fəxri adlara layiq görülüb.

Qeyd edək ki, Ukrayna millisi Vladimir Morozovun başçılığı altında 2012-ci ildə Londonda keçirilmiş Yay Olimpiya Oyunlarında 4 qızıl medal qazanıb.