“Qəbələ” qara zolaqdan çıxdı

“Qəbələ” qara zolaqdan çıxdı

Futbol üzrə Azərbaycan Premyer Liqasında XVIII turun oyunlarına start verilib.

İlin və ikinci dövrənin son turunun ilk oyun günündə bir qarşılaşma təşkil olunub.

“Sabah” klubu Qəbələdə eyniadlı komandanın qonağı olub. Görüş meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb. Matçda vurulan yeganə qolun müəllifi 45+2-ci dəqiqədə fərqlənən Murad Musayev olub.

Bu nəticədən sonra xallarını 14-ə çatdıran “qırmızı-qaralar” sonuncu – 10-cu pillədə qalıblar. Bakılılar isə 22 xalla 7-ci sırada qərarlaşıblar.

Qeyd edək ki, turun digər oyunları dekabrın 23—24-də keçiriləcək.