“Mercedes”in rəhbəri Toto Volf Böyük Britaniyada Milad adət-ənənələri ilə bağlı fikirlərini bölüşüb. O, öz ölkəsi Avstriyanıforn adətləri ilə ingilis adətlərini müqayisə edib. “Bilirsiniz, Avstriyada biz bir az fərqli davranırıq. Burada qəribə Milad əşyaları yoxdur. Biz sviterlər geyinmirik. Onlar həqiqftən yaxşı görünürlər, amma bizdə yoxdur. Biz lederhosen (dəri şalvar, bavariyalıların və tirolluların milli geyimidir) geyinirik Xeyr, bu geyim çox soyuqdur. Mən onları yayda geyinirəm”, - deyə Volf «Mercedes-AMG Petronas Formula 1 Team» youtube kanalında deyib.