Qadın voleybolçulardan ibarət Azərbaycan millisinə yeni baş məşqçi təyin edilib. Milli komandaya rəhbərlik yenidən Faiq Qarayevə tapşırılıb. Bu barədə Azərbaycan Voleybol Federasiyasının 2023-cü ildəki fəaliyyətinə həsr olunmuş mətbuat konfransında qurumun prezidenti Şahin Bağırov məlumat verib.
64 yaşlı mütəxəssis bu postda türkiyəli Ataman Güneyligili əvəzləyib.
Müxtəlif vaxtlarda yığmanın baş məşqçisi olan F.Qarayev sonuncu dəfə 2018-ci ildə Yaponiyada təşkil olunan dünya çempionatında komandaya rəhbərlik edib.