«Biz təkcə​ qardaş olmamışıq»

«Biz təkcə​ qardaş olmamışıq»

Keçmiş Formula 1 sürücüsü Ralf Şumaxer böyük qardaşı «Royal Racing»in yeddiqat çempionu Mixael Şumaxerdən danışıb. O qeyd edib ki, qardaşı onun üçün uşaqlıqda həm müəllim, həm də məşqçi olub.
“Onun başına gədən bu faciə mənim üçün sarsıdıcı oldu. Miklə biz təkcə​ təkcə qardaş olmamışıq. Biz uşaq olanda o, həm də mənim məşqçim və məsləhətçim idi. O, mənə kartinqlə bağlı hər şeyi öyrədib. Ola bilər ki, aramızda yeddi yaş fərq var, amma o, həmişə mənim yanımda olub”, - deyə Ralf “Daily Express”ə bildirib.
Xatırladaq ki, Şumaxer dağ-xizək kurortunda yıxılaraq, ağır kəllə-beyin travması alıb. Həmin müddətdən etibarən o, evində ictimaiyyətə heç bir xəbər sızdırılmadan müalicə prosesi keçirir.