Komandamız EEVZA çempionatında iştirak edəcək

Komandamız EEVZA çempionatında iştirak edəcək

Azərbaycanın 20 yaşadək voleybolçu oğlanlardan ibarət yığma komandası Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında iştirak edəcək.

Yanvarın 10-dan 14-dək Polşanın Qojuv-Velkopolski şəhərində keçiriləcək yarışda komandamızın oyunlarının təqvimi açıqlanıb.

Qeyd edək ki, yarış AVRO-2024-ə seçmə xarakteri daşıyır. Reqlamentə əsasən, birinci yeri tutacaq komanda birbaşa qitə birinciliyinin final mərhələsinə vəsiqə əldə edəcək.

11 yanvar

23:00. Azərbaycan - Estoniya

12 yanvar

20:00. Azərbaycan – Ukrayna

13 yanvar

23:00. Azərbaycan – Latviya

14 yanvar

20:00. Azərbaycan – Polşa