“Ferrari” şirkəti məhşur pilot Mixael Şumaxerin qələbəsi şərəfinə yeni model yaradıb. Cəmi 5 ədəd nəzərdə tutulan “Ferrari 296 GTB” idman avtomobili Assetto Fioranoya məxsusdur. Bu avtomobil 2004-cü ildə Formula 1 Macarıstan Qran Prisində qazandığı qələbəyə həsr olunub. Qeyd edək ki, həmin yarışda Mixael Şumaxer və Rubens Barrikello finiş xəttində ən yaxın rəqibindən 40 saniyə irəlidə olmaqla, finişi ardıcıl keçmişdilər. Həmin vaxt “Ferrari” Mühəndislər kubokunun qalibi olmuşdu.
Şirkətin rəsmi saytında qeyd olunur ki, “Ferrari 296 GTB” Assetto Fiorano” beş buraxılışı şirkətin macar müştərilərinə satılıb. Avtomobil kapotda 1 rəqəmi ilə bəzədilib və nömrə 2004-cü il mövsümündə Mixael Şumaxerin avtomobilində olduğu kimi “Bianco King” şriftindədir.
Ferrari 296 GTB ilk dəfə 2021-ci ildə təqdim edilib. Bu, markanın altı silindrli mühərrikli ilk istehsal modelidir. Avtomobilin üç litrlik mühərriki 654 at gücünə malikdir və elektrik mühərrikləri ilə birlikdə 819 at gücünə malikdir. Bildirilir ki, avtomobil 100 km/saat sürəti 2,9 saniyəyə yığır, maksimal sürəti isə 330 km/saatdır.