Almaniyanın “Refined Marques” tüninq studiyası yeni layihəni - kabriolet formasında sifariş edilmiş “Mercedes-AMG G63”ü təqdim edib. Avtomobil hər birinin qiyməti 1,3 milyon dollar olan 20 ədəddən ibarət kiçik seriyada istehsal olunacaq. Yeni model kapotun altında 577 at gücünə malik ənənəvi G63 dörd litrlik tvin-turbo (qoşa) V8 mühərrikinə malikdir. Üstəlik, adi üst hissənin əvəzinə avtomobilin yumşaq damı, eləcə də kiçik arxa qapıları var. Belə bir avtomobilin yaradılması ideyası “Refined Marques” şirkətinin icraçı direktoru Əhməd Əl-Bakrinin oğluna məxsusdur.
Qeyd edək ki, bu avtomobil “Mercedes G-Class”a əsaslanan ilk kabriolet deyil.