BOK Yaponiyaya yeni təklif edib

BOK Yaponiyaya yeni təklif edib

Beynəlxalq Olimpiya Komitəsi (BOK) Yaponiyaya 2026-cı ildə Birinci Olimpiya Kiberidman Oyunlarını keçirməyi təklif edir. Bu barədə “Kyodo” agentliyi mənbələrə istinadla məlumat yayıb.

Qeyd olunur ki, bu məsələ 2024-cü ildə daha ətraflı müzakirə olunacaq. 

Oktyabrda BOK-un prezidenti Tomas Bax xüsusi komissiyanın Olimpiya Kiberidman Oyunlarının yaradılması haqqında məsələni öyrəndiyini bildirmişdi. Onun sözlərinə görə, 500 milyondan artıq insan kiberidmanla maraqlanır, kompüter oyunlarında isə təxminən 3 milyard insan oynayır.