Voleybolçularımızın EEVZA çempionatın hazırlığı davam edir

Voleybolçularımızın EEVZA çempionatın hazırlığı davam edir

Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında iştirak edəcək 20 yaşadək voleybolçu qızlardan ibarət millimiz yarışa hazırlıqlarını davam etdirir.

Şahin Çatmanın rəhbərlik etdiyi komandamız məşq prosesini AVF-nin İdman zalında keçir. Təlim-məşq prosesinə yarışda iştirak edəcək 14 idmançı cəlb olunub.

Qeyd edək ki, EEVZA çempionatı 3-7 yanvar 2024-cü il tarixlərində Litvanın Şaulyay şəhərində təşkil olunacaq. Yığmamız yanvarın 2-də Litvaya yola düşəcək. Qızlarımız ilk oyununu yanvarın 3-də Estoniya komandasına qarşı keçirəcək.