20 yaşadək voleybolçu qızlardan ibarət Azərbaycan millisi Litvanın Şaulyay şəhərində keçirilən Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında iştirak edir. Bu gün Şahin Çatmanın rəhbərlik etdiyi komandamız sonuncu oyununa çıxacaq. Voleybolçularımızın rəqibi Polşa komandası olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 16:30-da başlayacaq.
Komandamız əvvəlki dörd oyunda Estoniya, Latviya, Ukrayna və Litvaya 0:3 hesabı ilə məğlub olub. Qeyd edək ki, turnir AVRO-2024-ə seçmə xarakter daşıyır. Reqlamentə əsasən, çempion komanda qitə birinciliyinin final mərhələsində iştirak hüququ qazanacaq.