Beynəlxalq Avtomobil Federasiyasının (FIA) keçmiş rəhbəri Jan Todt almaniyalı pilot Mixael Şumaxer barəsində öz xatirələrini bölüşüb.
“Avtomobil idarə etmək üçün bütün çox adama istedad və bacarıq nümayiş etdirə bilər. Amma ən yaxşı olmaq üçün daha çox səy göstərməlisən. Bunun üçün təkmilləşmək əsas şərtdir. Məhz bu xüsusiyyət Mixael üçün xaraxteri idi. O yıxılanda qalxmağı bacarırdı. Qalxanda isə daha güclü və əlçatmaz olurdu. İnanıram ki, Mixael bu dəfə də qalxacaq. Formula 1 dünyasının ona ehtiyacı var”, – deyə Todt “Auto Bild”ə verdiyi müsahibədə bildirib.
Xatırladaq ki, Todt 1993-2007-ci illərdə “Ferrari”yə rəhbərlik edib. Onun dövründə Şumaxer 1995-ci ildə İtaliya komandasına qoşulub. Almaniyalı pilot “Ferrari” ilə 5 titul (2000, 2001, 2002, 2003 və 2004-cü illər) qazanıb.