Alp sakinləri olimpiadaya etiraz ediblər

Alp sakinləri olimpiadaya etiraz ediblər

Fransanın Qrenobl şəhərindən olan 60-a yaxın sakin Alp dağlarında 2030-cu ildə Qış Olimpiya Oyunlarının keçirilməsinə etiraz edib. Etirazçılar bildiriblər ki, hökumət olimpiadanın keçirilməsi üçün israfçılıq edib. Onlar həmin bölgəyə süni qarın yaradılmasına pul xərcləyəcəyindən narahatdırlar. “Bu, yeni ekoloji böhran və maliyyə israfçılığına yol açacaq. Söhbət 1,5 milyard avrodan gedir. Bu məbləğə xəstəxanalarımıza və kənd təsərrüfatımıza investisiya yatıra bilərik. Əvəzində ətraf mühitə zərər verən tədbiri irəli çəkirik. Bizim dağlarda olimpiadaya yer yoxdur”, - deyə etirazçılardan biri bildirib.