20 yaşadək voleybolçu qızlardan ibarət Azərbaycan millisi Litvanın Şaulyay şəhərində keçirilən Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında sonuncu oyununa çıxıb. Şahin Çatmanın rəhbərlik etdiyi komandamız Polşa ilə üz-üzə gəlib. Oyun Polşa voleybolçularının qələbəsi ilə başa çatıb - 0:3 (9:25, 11:25, 9:25). Komandamız əvvəlki dörd oyunda Estoniya, Latviya, Ukrayna və Litvaya da eyni hesabla yenilib.
Qeyd edək ki, turnir AVRO-2024-ə seçmə xarakter daşıyır. Reqlamentə əsasən, çempion komanda qitə birinciliyinin final mərhələsində iştirak hüququ qazanır.