Atletlər Bakı şəhər qış birinciliyində yarışıblar

Atletlər Bakı şəhər qış birinciliyində yarışıblar

Bakı Şəhər Gənclər və İdman İdarəsi və Azərbaycan Atletika Federasiyası tərəfindən Respublika Olimpiya Mərkəzində atletika üzrə 2009-2010-cu illər təvəllüdlü idmançılar arasında Bakı şəhər qış birinciliyi keçirilib. Yarışın əvvəlində Əməkdar məşqçi, ümumittifaq yarışların qalibi, gənclər arasında Azərbaycan rekordçusu, hakim Nikolay Pavlovun xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Turnirin ilk günündə nüvə itələmə, hündürlüyə tullanma, 60 m, 400 m, 1500 m məsafəyə qaçış növləri üzrə qaliblər müəyyənləşib.

İkinci yarış günündə isəidmançılar 200 m, 800 m məsafəyəqaçış, 4x200 m məsafəyəestafet qaçışı vəuzunluğa tullanma üzrəyarışlarda mübarizə aparıblar.

Qaliblər diplom və medallarla təltif olunublar.