Voleybolçumuz mükafatılandırıldı

Voleybolçumuz mükafatılandırıldı

20 yaşadək qızlar (U-20) arasında Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında iştirak edən komandamızın üzvü Vlada Kavtunova yarışda fərqlənən oyunçular sırasında yer alıb.

Bu barədə Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, yığmamızın liberosu 3-7 yanvar tarixlərində Litvanın Şaulyay şəhərində təşkil olunmuş çempionatda komandamızın heyətində ən yaxşı oyunçu seçilib və Təşkilat Komitəsi tərəfindən mükafatlandırılıb.