Atletimiz beynəlxalq marafonda yeni Azərbaycan rekorduna imza atıb

Atletimiz beynəlxalq marafonda yeni Azərbaycan rekorduna imza atıb

Azərbaycan atleti Anna Yusupova Birləşmiş Ərəb Əmirliklərində keçirilən Dubay marafonunda iştirak edib.

Azərbaycan Atletika Federasiyasından (AFF) verilən məlumata görə, finişə 2 saat 42 dəqiqə 32 saniyəyə çatan idmançı 12-ci yeri tutub.

O, mükafatçılar sırasına düşə bilməsə də, qadınlar arasında marafon qaçışı üzrə yeni Azərbaycan rekorduna imza atıb.