Təhlükəsizliyə nəzarət etmək üçün tədbirlərə başlanılır

Təhlükəsizliyə nəzarət etmək üçün tədbirlərə başlanılır

Paris-2024 Yay Olimpiya Oyunlarının açılış mərasiminə 7 ay qalmış Fransa hökuməti baş verə biləcək terror aktlarının qarşısını almaq üçün plan hazırlayır. Bu barədə məlumatı Globo portalı yayıb.Məlumat üçün bildirək ki, Fransa Olimpiya Oyunlarının açılış mərasimini əvvəllər görünməmiş formatda keçirilməsini planlaşdırır. Belə ki, həmin tədbir stadionda deyil, Sena çayının sahilində təşkil ediləcək. Oyunlarda iştirak üçün ölkəyə təxminən 600 min nəfər qonağın gəlişi gözlənilir. Bu səbəbdən yerli hakimiyyət təhlükəsizliyə nəzarət etmək üçün tədbirlər görməyə qərar verib. Fransa Daxili İşlər Nazirliyinin məlumatına görə, verilən tapşırıqların yerinə yetirilməsi üçün 40 min hərbçi və polis əməkdaşı səfərbər ediləcək. Hər 100 metr əraziyə dörd nəfərin ayrılacağı planlaşdırılıb. Bundan başqa Olimpiya oyunlarının açılış mərasimi vaxtı Parisdə hava məkanı və yaxınlıqdakı metro stansiyaları da bağlı olacaq.