Reper olimpiadaya öz tərzini gətirəcək

Reper olimpiadaya öz tərzini gətirəcək

Paris-2024-ün teleyayımına cavabdeh olan “NBC Olympics Production” təşkilatının icraçı prodüseri Molli Solomon bildirib ki, reper Snoop Dogg oyunlar zamanı şərhçilik edəcək. Tanınmış reper də bu xəbəri təsdiqləyib. “Mən bu yaşıma qədər bütün Olimpiya Oyunlarına tamaşa etmişəm. İndi Oyunlarda növbəti dəfə şərhçi kimi iştirak edəcəyəm. Mən yayıma öz üslubumu gətirəcəyəm”,- deyə LEquipe onun sözlərindən sitat gətirib.

Qeyd olunur ki, reper bundan əvvəl 2021-ci ildə Tokio Olimpiadasına dəvət alıb. Həmin vaxt o, aktyor Kevin Hartla birlikdə atçılıq yarışlarını şərh edib.