İsmayıllıda bədii gimnastika üzrə 20-ci Azərbaycan çempionatı başlayıb
İsmayıllı Olimpiya İdman Kompleksində bədii gimnastika üzrə 20-ci Azərbaycan çempionatı başlamışdır.
AzərTAc xəbər verir ki, yarışda həm böyüklər, həm də 1998-2000-ci təvəllüdlü ümumilikdə 20-dən artıq gimnast iştirak edir. Gimnastlar mütləq çoxnövçülük və ayrı-ayrı növlər üzrə medallar uğrunda mübarizə aparırlar.
Çempionatda Respublika Kompleks İdman Məktəbi və "Baku Fleyms” klubunun gimnastları ilə yanaşı, "Neftçi” İSM, Bakı Gimnastika Məktəbi, "Spartak” və "Sərhədçi”nin təmsilçiləri də çıxış edirlər.
Son beş ildə Azərbaycan çempionu adını Aliyə Qarayeva alıb. Gimnastımız London Olimpiadasından sonra böyük idmanı tərk edib. İndi isə yeni titul və qızıl medala əsas iddiaçılar ötən il analoji yarışların gümüş mükafatçıları Lalə Yusifova və Marina Durunda hesab edilir.