Beynəlxalq dərəcəli hakimimiz Fikrət Axundov Polşanın Qojuv-Velkopolski şəhərində 20 yaşadək oğlanlar arasında keçirilən Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatının oyunlarında hakimlik edir.
AVRO-2024-ə seçmə xarakteri daşıyan yarışda Azərbaycan, Latviya, Ukrayna, Estoniya və Polşa komandaları mübarizə aparırlar.
Yanvarın 10-da start götürən turnirə yanvarın 14-də yekun vurulacaq.