EEVZA: Komandamız Estoniya yığması ilə üz-üzə 

EEVZA: Komandamız Estoniya yığması ilə üz-üzə 

Bu gün voleybol üzrə 20 yaşadək (U-20) oğlanlardan ibarət Azərbaycan millisi Polşanın Qojuv-Velkopolski şəhərinədə təşkil olunan Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında mübarizəyə başlayır. Komandamız Bakı vaxtı ilə saat 22:00-da ilk oyununa çıxacaq. Voleybolçularımızın ilk rəqibi Estoniya kollektivi olacaq.

Qeyd edək ki, yanvarın 14-dək davam edəcək yarışda komandamız Latviya, Ukrayna və Polşa yığmaları ilə də qarşılaşacaq.

AVRO-2024-ə seçmə xarakter daşıyan yarışın reqlamentinə əsasən, çempion qitə birinciliyinin final mərhələsinə vəsiqə əldə edəcək.