Parisdə polis əməkdaşları mitinq keçiriblər

Parisdə polis əməkdaşları mitinq keçiriblər

Yanvarın 10-da Parisdə polis əməkdaşları mitinq keçirərək hakimiyyətdən Olimpiya Oyunları zamanı onların iş şəraitinin yaxşılaşdırılmasını və maaşlarının artırılmasını tələb ediblər. Bu barədə məlumat "Sud Radio SGP"də yer alıb. Məlumata görə, polis zabitlərindən biri Qriqori Koron həmkarlarının tələblərini səsləndirib: “Bu, hakimiyyətə xəbərdarlıq siqnalıdır. Olimpiadaya altı ay qalıb. Şəhərin polis məmurları hələ də onların iş şəraitinin və maaşlarının necə olacağını bilmirlər".