Azərbaycan Voleybol Federasiyasının (AVF) rəsmiləri Tovuz Regional Voleybol Klubunda (TRVK) olublar. AVF-nin vitse-prezidenti Bəhruz Quliyev və baş katib Faiq Orucov regional klubun gənc və yeniyetmə voleybolçuları ilə görüşüblər. Görüşdə regional klubun rəhbəri Elçin Şabanov, federasiyanın və TRVK-nun digər əməkdaşları da iştirak ediblər.
AVF rəsmiləri Tovuz Olimpiya İdman Kompleksində təşkil olunan məşqləri izləyiblər. Federasiya nümayəndələrinə klubun vəziyyəti və idmançılar üçün yaradılan şərait haqqında məlumat verilib.