Bu gün Azərbaycan Atletika Federasiyasının rəhbərliyinin məşqçilərlə görüşü olub.
Federasiya prezidenti Cavid Qurbanov məşqçilərin təkliflərini dinləyib və müxtəlif məsələlər ətrafında müzakirələr aparılıb. Qurumun rəhbərliyi milli komandanın baş məşqçisi Bəhruz Salehli, sprint üzrə məşqçi Tofiq Əliyev və dözümlülük üzrə məşqçi Sadıq Sadıqova uzun illər ərzində atletikamızın inkişafında göstərdikləri əvəzsiz xidmətlərə görə təşəkkür edib. Qeyd olunub ki, bu mütəxəssislər federasiyada məsləhətçi kimi fəaliyyətlərini davam etdirəcəklər. Görüşdə milli komandanın yeni məşqçi heyəti təqdim olunub. Belə ki, Hakim İbrahimov komandaya baş məşqçi təyin edilib. Həmçinin Nazim İsrafilov ehtiyat üzrə baş məşqçi, Valentin Bulıçev sprint üzrə böyük məşqçi, Ziyad Xəlfəyev tllanmalar üzrə böyük məşqçi, Vüqar Ələsgərov dözümlülük üzrə böyük məşqçi, Emil Şahtahtinski atmalar üzrə böyük məşqçi, Anar Yusifov regionlar üzrə böyük məşqçi, Rəhim Xəlilov isə ehtiyat üzrə məşqçi kimi fəaliyyətlərini davam etdirəcəklər.
Atletika üzrə milli komandamıza yeni baş məşqçi təyin edilib