Avropa Voleybol Konfederasiyası Azərbaycan Voleybol Federasiyasının baş koordinatoru Zöhrab Gözəlbəyliyə növbəti dəfə etimad göstərib.
Belə ki, Z.Gözəlbəyli kişi voleybolçular arasında Çelenc kubokunun 1/4 finalının cavab qarşılaşmasına supervayzer təyin edilib. O, yanvarın 17-də İstanbulda təşkil olunacaq “Galatasaray HDI” (Türkiyə) - “FONTE BASTARDO” (Portuqaliya) klublarının oyununda hakimlərin işinə qiymət verəcək. Görüşün hakimləri bolqarıstanlı İvan Momirov və italiyalı Michele Brunelli olacaq.
Qeyd edək ki, komandalar arasında keçirilən ilk oyunda Türkiyə təmsilçisi 3:0 hesabı ilə qalib gəlib.
AVF nümayəndəsinə növbəti etimad