EEVZA: Yığmamız ilk oyunda məğlub oldu 

EEVZA: Yığmamız ilk oyunda məğlub oldu 

Voleybol üzrə 20 yaşadək (U-20) oğlanlardan ibarət Azərbaycan millisi Polşanın Qojuv-Velkopolski şəhərində təşkil olunan Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatına məğlubiyyətlə başlayıb. Estoniya millisi ilə qarşılaşmada rəqib komandanın 0:3 (17:25, 11:25, 22:25) hesablı qələbəsi qeydə alınıb. 
Yanvarın 14-dək davam edəcək çempionatda Səbuhi Əliyevin rəhbərlik etdiyi yığmamız Latviya, Ukrayna və Polşa kollektivləri ilə də qarşılaşacaq. 
Qeyd edək ki, AVRO-2024-ə seçmə xarakter daşıyan yarışın reqlamentinə əsasən, çempion qitə birinciliyinin final mərhələsinə vəsiqə qazanacaq.