İspaniyanın "Estrella Galicia" pivə brendi “Ferrari” və onun pilotu Karlos Saynz müqaviləni dayandırıb. "Autosport" xəbər verir ki, şirkət yeni müqaviləni “McLaren”lə imzalayıb.
Saytda yer alan xəbərdə bildirilir ki, səbəb “Ferrari”nin daha əvvəl “Aston Martin” komandasına sponsorluq etmiş İtaliyanın alkoqolsuz “Peroni” brendi ilə əməkdaşlığa başlaması olub. Bu səbəbdən “Estrella Galicia” Formula 1 komandaları arasında yeni variant axtarmağa məcbur olub. Nəticədə əvvəllər əməkdaşlıq etdiyi “McLaren”ə qayıtmaq qərarına gəlib.