
Sevindiricidir ki, yığma komandamızın üzvü, Macarıstanda keçirilən dünya çempionatında bürünc medal qazanmış Şalva Qadabadze də "Ən yaxşı müdafiə olunan güləşçi” nominasiyasında ilk onluqda yer alıb.
Məlumat üçün bildirək ki, Şalva Qadabadze Dünya çempionatının bürünc mükafatçısı (2013), Avropa çempionatının 3 dəfə bürünc mükafatçısı (2009, 2011, 2012), Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Qızıl Qran Pri” Beynəlxalq Turnirinin final mərhələsinin ikiqat qalibi (2008, 2012) və gümüş (2010) medalçısıdır.