Messi səsvermədə kimi seçmişdi?

Messi səsvermədə kimi seçmişdi?

Xəbər verdiyimiz kimi, FİFA 2023-cü ilin ən yaxşı futbolçusu nominasiyası üzrə səsvermənin nəticələrini açıqlayıb, onun qalibi "İnter Mayami"nin hücumçusu Lionel Messi olub. Messinin özü "Mançester Siti”nin hücumçusu Erlinq Haalandı birinci, PSJ-nin hücumçusu Kilian Mbappeni ikinci, "Mançester Siti”dən Julian Alvaresi üçüncü yerə layiq görüb.