İspaniyalı jurnalist Albert Fabreqa Formula 1 Qran Prisinin Madriddə keçiriləcəyi barədə məlumat yayıb. Bildirib ki, növbəti həftə bu xəbər öz təsdiqini tapacaq. Jurnalist daha sonra naməlum səbəblərdən paylaşımını silib. Lakin «OK Diario» daha əvvəl məlumat vermişdi ki, Formula 1 Madrid Qran Prisini 2026-cı il təqviminə daxil edəcək.Yarışlar Valdebebas ərazisindəki şəhər dövrəsində keçiriləcək. Qeyd edək ki, İspaniya eyni anda iki Qran Priyə ev sahibliyi edəcək. Barselona mərhələsinin “İspaniya Qran Prisi” adını saxlayacağı da bildirilir.